QR CodeQR Code

Luqanskın işğalı təkmilləşdi

3 Jul 2022 21:43

İslamTimes: Luqansk tam şəkildə işğal olundu. Şoyqu Putinə Luqanska tam nəzarəti ələ keçirdikləri barədə məruzə edib.


SəhərAzəri-nin məlumatına əsasən, Rusiya Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilir ki, uğurlu hərbi əməliyyatlar nəticəsində Lisiçansk və bir sıra yaxın qəsəbələr üzərində tam nəzarət əldə edilib.

Bir qədər əvvəl isə MN bəyan etmişdi ki, Rusiya ordusu Lisiçanskda qalan Ukrayna qüvvələrinin məğlubiyyətini başa çatdırır: "Rusiya qoşunları və "Luqansk Xalq Respublikası"nın bölmələri mühasirəyə alınmış düşmənin məğlubiyyətini başa çatdıraraq Lisiçansk şəhəri daxilində döyüşürlər".

Rusiya Müdafiə Nazirliyinin məlumatında o da bildirilib ki, Lisiçansk vilayətində iki gün ərzində 38 ukraynalı hərbçi təslim olub.

Müharibənin gedişatı ilə əlaqədar Rusiyanın müdafiə naziri Sergey Şoyqu ölkə başçısı Vladimir Putinə dırnaqarası "Luqansk Xalq Respublikası"nın ələ keçirilməsi barədə məlumat verib.

Müdafiə Nazirliyindən qeyd edilib ki, Rusiya Silahlı Qüvvələri və "LXR"nin Xalq Milisi Lisiçansk və yaxınlıqdakı bir sıra yaşayış məntəqələri üzərində tam nəzarəti ələ keçiriblər.

"Son 24 sutka ərzində üzdəniraq "azad edilən" ərazilərin ümumi sahəsi 182 kvadrat kilometr təşkil edib", - deyə Rusiya Müdafiə Nazirliyi vurğulayıb.

 


Story Code: 1002546

News Link :
https://www.islamtimes.org/az/news/1002546/luqanskın-işğalı-təkmilləşdi

Islam Times
  https://www.islamtimes.org