QR CodeQR Code

Aİ və İran arasında danışıqların növbəti raundunun vaxtı müəyyənləşdirilir

3 Jul 2022 22:47

İslamTimes: Hazırda müzakirələrin növbəti raundunun yeri və vaxtı ilə bağlı danışıqlar aparılır.


APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın nüvə müzakirələrində nümayəndə heyətinin başçısı Əli Baqiri jurnalistlərə açıqlamasında deyib.

Baqiri bildirib ki, Avropa İttifaqı rəsmisi Enrike Mora ilə müzakirələrin növbəti dövrünün yeri və vaxtı ilə bağlı danışıqlar tamamlanmaq üzrədir.

Baqiri Qətərdə keçirilən son müzakirələrlə bağlı deyib ki, Dohada keçirilən müzakirələr qabaqcadan hazırlanmış çərçivədə formalaşıb və müzakirələrin davamı üçün danışıqlar davam edir.

Qeyd edək ki, ötən həftə İran və Qərb dövlətləri arasında bəzi məsələlərin həlli istiqamətində danışıqlar keçirilib.


Story Code: 1002550

News Link :
https://www.islamtimes.org/az/news/1002550/ai-və-iran-arasında-danışıqların-növbəti-raundunun-vaxtı-müəyyənləşdirilir

Islam Times
  https://www.islamtimes.org