0
Tuesday 5 July 2022 - 08:39

Ceyhun Bayramov İran prezidenti ilə görüşüb

Story Code : 1002808
Ceyhun Bayramov İran prezidenti ilə görüşüb
SalamNews İRNA agentliyinə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov bu görüşün əvvəlində iki ölkə əlaqələrinin vəziyyəti barədə, son zamanlarda qarşılıqlı rəsmi səfərlər, məsləhətləşmələr, əldə edilmiş razılaşmalar və onların icrası haqda İran prezidentinə məlumatlar verib.

İranla Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsi və dərinləşdirilməsində bir maneənin olmadığını deyən İbrahim Rəisi iki ölkə arasında yaxşı əlaqələrin artmasını regional əməkdaşlıq işlərinə də müsbət təsir göstərəcəyini bildirib.

İki ölkə xalqının get-gəlini təmini etməyin zəruriliyindən danışan İbrahim Rəisi qeyd edib ki, xalqlar arasında əlaqələri və ünsiyyəti gücləndirmək iki ölkə xalqının dostluğunu daha da möhkəmləndirər.

İran prezidenti Azərbaycan Respublikası prezidentinin Tehrana səfərinin iki ölkə əlaqələrində bir sıçrayış olacağına ümidvar olduğunu bildirib.