QR CodeQR Code

Ceyhun Bayramov İran prezidenti ilə görüşüb

5 Jul 2022 08:39

İslamTimes: Azərbaycan Respublikasının xarici işlər naziri İrana səfəri çərçivəsində bu ölkənin prezidenti Seyid İbrahim Rəisi ilə görüşüb.


SalamNews İRNA agentliyinə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov bu görüşün əvvəlində iki ölkə əlaqələrinin vəziyyəti barədə, son zamanlarda qarşılıqlı rəsmi səfərlər, məsləhətləşmələr, əldə edilmiş razılaşmalar və onların icrası haqda İran prezidentinə məlumatlar verib.

İranla Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsi və dərinləşdirilməsində bir maneənin olmadığını deyən İbrahim Rəisi iki ölkə arasında yaxşı əlaqələrin artmasını regional əməkdaşlıq işlərinə də müsbət təsir göstərəcəyini bildirib.

İki ölkə xalqının get-gəlini təmini etməyin zəruriliyindən danışan İbrahim Rəisi qeyd edib ki, xalqlar arasında əlaqələri və ünsiyyəti gücləndirmək iki ölkə xalqının dostluğunu daha da möhkəmləndirər.

İran prezidenti Azərbaycan Respublikası prezidentinin Tehrana səfərinin iki ölkə əlaqələrində bir sıçrayış olacağına ümidvar olduğunu bildirib.


Story Code: 1002808

News Link :
https://www.islamtimes.org/az/news/1002808/ceyhun-bayramov-iran-prezidenti-ilə-görüşüb

Islam Times
  https://www.islamtimes.org