0
Tuesday 5 July 2022 - 08:58

Özbəkistanda etiraz aksiyalarında ölənlərin sayı 18-ə çatıb

Story Code : 1002811
Özbəkistanda etiraz aksiyalarında ölənlərin sayı 18-ə çatıb
İyunun 26-da Özbəkistanda ictimai müzakirəyə çıxarılan konstitusiyaya dəyişikliklərlə bağlı qanun layihəsi Qaraqalpaqıstanda etirazlara səbəb olub.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, Qaraqalpaqıstanın paytaxtı Nukusda toplaşan yüzlərlə insan qanun layihəsinə reaksiya verib.

Özbəkistan rəsmiləri bölgədə davam edən etirazlarda, həyatını itirənlərin sayının 18-ə yüksəldiyini, 243 nəfərin yaralandığını bildirib.

Polis isə etirazlar zamanı 516 nəfərin saxlanıldığını və əksəriyyətinin sonradan sərbəst buraxıldığını açıqlayıb.

Özbəkistanda etiraz aksiyalarında ölənlərin sayı 18-ə çatıb