QR CodeQR Code

Zaxarova: İsrailin Suriyaya hava zərbələri heç bir şəkildə qəbuledilməzdir

إسلام تايمز , 5 Jul 2022 09:15

İslamTimes: Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayaraq bildirib ki, işğalçı sionist rejimin Suriya ərazisinə endirdiyi hava hücumları qəbuledilməzdir


Nazirliyin bəyanatında, sionist rejimin son iki gündə Tartus vilayətinə endirdiyi hava hücumlarını kəskin şəkildə pisləndiyi qeyd olunub.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova verdiyi açıqlamada deyib ki, Bir daha vurğulayırıq ki, İsrailin Suriya ərazisinə davamlı şəkildə hücumları qəbuledilməzdir. Biz Suriyanın suverenliyini və beynəlxalq qanunlarını pozan bu cür məsuliyyətsiz hərəkətlərin qeyd-şərtsiz dayandırılmasını tələb edir və qətiyyətlə pisləyirik.

Suriyanın rəsmi xəbər agentliyi SANA şənbə günü səhər, işğalçı sionist rejimin Suriyanın “Tartus”unda yeni hərbi təcavüzü barədə məlumat yayıb.

SANA xəbər agentliyi məlumatda yayıb ki, işğalçı rejimin Tartusun cənubundakı Həmidiyyə qəsəbəsindəki mülki obyektləri hədəf alınması nəticəsində, biri qadın olmaqla üç mülki Suriya vətəndaşı yaralanıb.


Story Code: 1002823

News Link :
https://www.islamtimes.org/az/news/1002823/zaxarova-israilin-suriyaya-hava-zərbələri-heç-bir-şəkildə-qəbuledilməzdir

Islam Times
  https://www.islamtimes.org