QR CodeQR Code

Britaniya İşçi Partiyasının lideri: Biz AB-yə qayıtmayacağıq!

إسلام تايمز , 5 Jul 2022 10:00

İslamTimes: Britaniya İşçi Partiyasının lideri hökumətin “Brexit”lə bağlı keçmişini tənqid edərək, ölkənin Avropa Birliyinə qayıtmayacağını açıqlayıb.


Britaniya İşçi Partiyasının lideri Kerr Starmer BBC-nin siyasi redaktoru Kris Meisona müsahibəsində deyib:

"İngiltərə öz iqtisadiyyatını yenidən inkişaf etdirmək üçün yeni bir plana ehtiyac duyur. Bunun üçün də biz geriyə deyil, irəli getmək istəyirik. Bu səbəblə Aİ-yə qoşulmaqdan söhbət gedə bilməz. Biz son illərdə bir çox problemlərə səbəb olmuş eyni, köhnə müzakirələri davam etdirə bilmərik."

Bəziləri Brexit-in Böyük Britaniya iqtisadiyyatına zərər verəcəyini düşünürək, Brexit-ə qarşı mövqe sərgiləyirlər. Bu cəbhədən çıxış edən Kerr Starmer Böyük Britaniyanı Aİ-nin vahid bazarına qaytarmağa çalışan Londonun meri Sadiq Xan da daxil olmaqla bir çoxlarının təzyiqi ilə üzləşib.

 


Story Code: 1002825

News Link :
https://www.islamtimes.org/az/news/1002825/britaniya-işçi-partiyasının-lideri-biz-ab-yə-qayıtmayacağıq

Islam Times
  https://www.islamtimes.org