QR CodeQR Code

Peskov: Rusiyanın təhlükəsizliyi, o cümlədən Finlandiya ilə sərhəddə təmin edilir

5 Jul 2022 21:33

İslamTimes: Finlandiya və İsveçdə NATO silahlarının mümkün yerləşdirilməsi nəzərə alınmaqla Rusiyanın təhlükəsizliyinin təmin edilməsi üzrə işlər aparılır.


SalamNews "TASS"a istinadən xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.  

"Belə variantlar Kremldə deyil, Müdafiə Nazirliyində işlənir. Orada müvafiq planlar var, təhlükəsizliyimizi təmin etmək üçün işlər gedir", deyə Kremlin mətbuat katibi vurğulayıb.

Finlandiya və İsveçin NATO-ya qoşulması prosesinin davam etdirilməsini şərh edən mətbuat katibi qeyd edib ki, “prezident məsələyə öz qiymətini verib. Burada əlavə ediləcək heç nə yoxdur”.


Story Code: 1002923

News Link :
https://www.islamtimes.org/az/news/1002923/peskov-rusiyanın-təhlükəsizliyi-o-cümlədən-finlandiya-ilə-sərhəddə-təmin-edilir

Islam Times
  https://www.islamtimes.org