0
Wednesday 6 July 2022 - 06:30

Nigerdə terrorçularla toqquşmada 6 hərbçi ölüb

Story Code : 1003007
Nigerdə terrorçularla toqquşmada 6 hərbçi ölüb
APA-nın xəbərinə görə, Nigerin Müdafiə Nazirliyi bildirib ki, posta hücum zamanı 6 əsgər həlak olub, 14-ü yaralanıb. Hücum edənlərin 17 nəfəri öldürülüb, çox sayda silah-sursat ələ keçirilib.

Müdafiə Nazirliyi hücumu hansı terror qruplaşmasının həyata keçirdiyini bildirməsə də, yerli media bunun Boko Haram və ya Qərbi Afrika İslam Dövləti olduğunu ehtimal edir.