0
Wednesday 6 July 2022 - 07:15

Rusiya Norveçlə sərhəd sazişini ləğv edir

Story Code : 1003008
Rusiya Norveçlə sərhəd sazişini ləğv edir
Axar.az xəbər verir ki, bu barədə Norveçin NRK nəşri məlumat yayıb. Qeyd olunub ki, komitə Norveçlə müqavilənin ləğvi və ya dayandırılması ilə bağlı qərar verməlidir.

Eyni zamanda, kommunist deputat Mixail Matveyev Norveç hakimiyyətini Svalbard sakinlərinə məhsulların göndərilməsinə mane olmaqda ittiham edib.

Norveç Xarici İşlər Nazirliyinin nümayəndəsi Ane Haavardsdatter isə bildirib ki, sərhəd müqavilələrinin qeyri-müəyyən müddətə davam etməsi adi bir təcrübədir: “Ümid edirik ki, Rusiya buna hörmətlə yanaşacaq”.

Qeyd edək ki, söhbət 2010-cu ildə iki bərabər hissəyə bölünmüş 1,75 milyon kvadrat kilometr ərazisi olan mübahisəli ərazidən gedir.