QR CodeQR Code

İtaliyanın 5 regionunda fövqəladə vəziyyət elan olunub

6 Jul 2022 08:35

İslamTimes: İtaliya son 70 ilin ən şiddətli quraqlığı ilə mübarizə aparır.


APA-nın xəbərinə görə, ölkənin şimalında, Po çayı boyunca yerləşən 5 regionda fövqəladə vəziyyət elan edilib.

Su qıtlığı ilə mübarizə üçün bu regionlara 36 milyon avrodan çox vəsait ayrılıb. Ölkə rəsmilərinin sözlərinə görə, quraqlıq İtaliyanın kənd təsərrüfatının 30 faizindən çoxunu təhlükəyə atır.

650 km-dək uzanan Po çayı İtaliyanın ən uzun çayıdır. Lakin son vaxtlar dənizin duzlu suyunun bu çaya qarışması əkin sahələrində məhsulları da məhv edir.


Story Code: 1003010

News Link :
https://www.islamtimes.org/az/news/1003010/italiyanın-5-regionunda-fövqəladə-vəziyyət-elan-olunub

Islam Times
  https://www.islamtimes.org