0
Wednesday 6 July 2022 - 09:12

Rusiya: Bizim qüvvələrimiz Suriyanın dəvəti ilə bu ölkədədir

Story Code : 1003019
Rusiya: Bizim qüvvələrimiz Suriyanın dəvəti ilə bu ölkədədir
Kremlin sözçüsü mətbuat konfransında bəyan edib ki, Rusiya hərbçiləri bu ölkədə Suriya hakimiyyətinin dəvəti ilə yerləşdirisə də bu Amerika hərbçilərinə şamil edilmir.

“Tass” xəbər agentliyinin məlumatına görə, Dmitri Peskov deyib: “Unutmayaq ki, amerikalıların varlığı ilə bizim varlığımız arasında əsaslı fərq budur ki, bizim qüvvələrimiz beynəlxalq qanunlara tam uyğun olaraq və Suriyanın ali hakimiyyətinin dəvəti ilə orada yerləşdirilsə də amerikalıların belə bir dəvəti yoxdur”.

“Washington Post” qəzeti iddia edib ki, Amerika rəsmiləri bu ölkə qüvvələrinin son zamanlar Suriya da daxil olmaqla, Yaxın Şərqdə Rusiya və İranın artan sayda təxribatçı və eskalasiya hərəkətləri ilə üzləşdiyini vurğulayırlar.

Bu məlumata əsasən, Amerikanın Washington Post qəzeti iddia edib:
"Amerika rəsmiləri təkidlə bildirib ki, ABŞ qüvvələri son vaxtlar Suriya da daxil olmaqla, Yaxın Şərqdə Rusiya və İranın artan sayda təxribat, eskalasiya xarakterli hərəkətləri ilə üzləşib."