0
Wednesday 6 July 2022 - 17:03

Pentaqon: Amerikalıların Ukraynada hərbi təlimini təkzib etdi

Story Code : 1003094
Pentaqon: Amerikalıların Ukraynada hərbi təlimini təkzib etdi
“The New York Times” qəzeti Rusiya hakimiyyətinin Qərb ölkələrinin Ukraynaya qarşı təxribatçı mövqeləri ilə bağlı xəbərdarlıqlarına baxmayaraq, Ukraynada “amerikalı veteranların” olduğunu və onların Ukraynalı əsgərlərə müharibənin cəbhə xəttində təlim keçdiyini yazıb.

Bu hesabata görə, Ukraynadakı müharibədə iştirak edən Amerika vətəndaşları yaralıların təxliyyəsi, bombaların zərərsizləşdirilməsi, logistika mütəxəssisləri və bu kimi təlimlərə könüllü olaraq qoşulub.

Pentaqon indiyədək Ukraynada mövcud olan Amerika könüllü hərbi qrupları ilə hər hansı əlaqəsi olduğu məlumatını təkzib edərək, dəfələrlə Amerika vətəndaşlarına Ukraynaya səfər etməmək və müharibədə iştirak etməmək haqqında xəbərdarlıq etdiyni vurğulayıb.