0
Wednesday 6 July 2022 - 15:17

Lavrov: Biz öz sözlərimizə, mövqeyimizə görə cavab verməyə hazırıq

Story Code : 1003098
Lavrov: Biz öz sözlərimizə, mövqeyimizə görə cavab verməyə hazırıq
Axar.az xəbər verir ki, Biz öz sözlərimizə, mövqeyimizə görə cavab verməyə hazırıq bunu Rusiyanın XİN rəhbəri Sergey Lavrov deyib.

“Hər zaman düşündüklərimizi deyirik və bu sözlərə görə cavab verməyə və mövqeyimizi izah etməyə hazırıq”, - o bildirib. Lavrov vurğulayıb ki, diplomatik etika prezidentlərin səs yazısının birtərəfli “sızmasını” nəzərdə tutmur.

O, Kiyevin Rusiyanın Ukraynaya silah tədarükünü pozmaq üçün öz şəhərlərini atəşə tutması ilə bağlı açıqlamalarını da yalan adlandırıb:

“Qərb ölkələri, təbii ki, Zelenski və komandasının necə və nəyi şərh etməsindən asılı olmayaraq, öz məsuliyyətlərini dərk etməlidirlər. Qərb ilk növbədə Donbasda, Ukraynanın digər yerlərində dinc insanların ölümünə görə məsuliyyətini anlamalıdır. Kiyev rejimi bu silahları dinc əhaliyə qarşı, ümumiyyətlə, qorxutma vasitəsi kimi istifadə edir - bu, dövlət terrorudur”.

Qeyd edək ki, bu yaxınlarda “France 2” telekanalı Yelisey sarayı ilə bağlı sənədli film nümayiş etdirib. "Prezident, Avropa və müharibə" adlanan filmdə Makronun bu il fevralın 20-də Putinlə söhbəti də yer alıb. Filmin nümayişinə bir neçə gün qalmış “Le Temps” prezidentlərin danışıqlarının stenoqramını dərc edib. Zəng zamanı Putin Ukrayna Prezidenti Vladimir Zelenskini Minsk razılaşmalarını yerinə yetirməyə hazırlaşdığı barədə yalan danışmaqda ittiham edib. Makron Putindən Ukrayna ilə sərhəd yaxınlığındakı qoşunlarını “sakitləşdirməyi” istəyib.

Danışığın yayılması Rusiya tərəfini ciddi şəkildə narazı salıb.