QR CodeQR Code

Sionist rejimin Qəzzəyə qəfil hücum simulyasiyası

إسلام تايمز , 7 Jul 2022 10:11

İslamTimes: İşğalçı rejimin mətbuatı İsrail ordusunun Qəzza zolağına hücum simulyasiyası etmək niyyəti ilə minlərlə əsgəri Negevə təlim adı altında göndərdiyini xəbər verib.


Bu haqda sionist rejimin 11-ci kanalı minlərlə hərbçinin iştirakı ilə Negevdə Qəzzə zolağına hücumu simulyasiya üçün qəfil hərbi manevr keçirildiyi başlığı ilə xəbər yayımlayıb.

Dünən axşam saatlarında cənub bölgəsinin komandanlığı Negevdəki "Təsəlim" hərbi bazasında Qəzza zolağına qurudan hücumun simulyasiya təlimini həyata keçirib.

Təlimin komandiri bunun qəfil keçirilməsinə və minlərlə əsgərin çağırılmasına səbəb olaraq, Qəzzada hücum olarsa gözlənilmədən və əvvəlcədən xəbərdarlıq edilmədən baş verəcəyini deyib.

Bu təimlər, sionist rejimin gündəlik olaraq Fələstin vətəndaşlarına qarşı cinayətləri və Məscidül-Əqsaya hücum etdiyi zamanlara təsadüf etdiyi də diqqətlərdən yayınmamalıdır.

Fələstin müqaviməti qüvvələri bu təlim niyyətli adı altında həyata keçirilən təhdidkarca hərəkətə cavab olaraq, sionist rejimə xəbərdarlıq edib ki, bu rejimin mühacirlər və əsgərlərə həmçinin Məscidül-Əqsaya hər cür hücumuna qarşı Təl-Əvivlə döyüş meydanına girməyə hazırdır.

 


Story Code: 1003223

News Link :
https://www.islamtimes.org/az/news/1003223/sionist-rejimin-qəzzəyə-qəfil-hücum-simulyasiyası

Islam Times
  https://www.islamtimes.org