0
Thursday 7 July 2022 - 10:11

Sionist rejimin Qəzzəyə qəfil hücum simulyasiyası

Story Code : 1003223
Sionist rejimin Qəzzəyə qəfil hücum simulyasiyası
Bu haqda sionist rejimin 11-ci kanalı minlərlə hərbçinin iştirakı ilə Negevdə Qəzzə zolağına hücumu simulyasiya üçün qəfil hərbi manevr keçirildiyi başlığı ilə xəbər yayımlayıb.

Dünən axşam saatlarında cənub bölgəsinin komandanlığı Negevdəki "Təsəlim" hərbi bazasında Qəzza zolağına qurudan hücumun simulyasiya təlimini həyata keçirib.

Təlimin komandiri bunun qəfil keçirilməsinə və minlərlə əsgərin çağırılmasına səbəb olaraq, Qəzzada hücum olarsa gözlənilmədən və əvvəlcədən xəbərdarlıq edilmədən baş verəcəyini deyib.

Bu təimlər, sionist rejimin gündəlik olaraq Fələstin vətəndaşlarına qarşı cinayətləri və Məscidül-Əqsaya hücum etdiyi zamanlara təsadüf etdiyi də diqqətlərdən yayınmamalıdır.

Fələstin müqaviməti qüvvələri bu təlim niyyətli adı altında həyata keçirilən təhdidkarca hərəkətə cavab olaraq, sionist rejimə xəbərdarlıq edib ki, bu rejimin mühacirlər və əsgərlərə həmçinin Məscidül-Əqsaya hər cür hücumuna qarşı Təl-Əvivlə döyüş meydanına girməyə hazırdır.