QR CodeQR Code

Rusiya Qazaxıstan neftinin ixracını dayandırdı

Sahartv , 7 Jul 2022 12:11

Islamtimes - Rusiyanın Novorossiysk şəhərinin Primorsk rayon məhkəməsi Xəzər Boru Kəməri Konsorsiumunun fəaliyyətinin 30 sutkalıq dayandırılması barədə qərar qəbul edib.



SəhərAzəri-nin bildirdiyinə görə, bu barədə konsorsium məlumat yayıb.
Məlumata görə, buna səbəb Rusiyanın Nəqliyyat Sahəsində Nəzarət Federal Xidmətinin (“Rostransnadzor”) aşkar etdiyi pozuntulardır.
Bu kəmər Qazaxıstan neftinin Avropaya əsas ixrac marşrutudur. Nəql olunan neftin 80 %-dən çoxu bu kəmər vasitəsi ilə Qara dəniz sahillərinə ötürülür. Kəmərin illik tutumu 67 milyon ton neftdir.
Xəzər Boru-kəməri Konsorsiumunun əsas səhmdarı Rusiyadır (31 %) ikinci yerdə isə Qazaxıstan durur (20.7 %).
 


Story Code: 1003237

News Link :
https://www.islamtimes.org/az/news/1003237/rusiya-qazaxıstan-neftinin-ixracını-dayandırdı

Islam Times
  https://www.islamtimes.org