QR CodeQR Code

İsrail öz ordusunu hazır vəziyyətə gətirib

12 Jul 2022 09:15

İslamTimes: ABŞ prezidenti Co Baydenin Təl-Əvivə, Fələstinə və Yaxın Şərqin digər bölgələrinə səfəri fonunda İsrail öz ordusunu hazır vəziyyətə gətirib.


SalamNews İsrail mətbuatına istinadən xəbər verir ki, Co Baydenin səfiri öncəsi “Dəmir Qübbə” havadan müdafiə sistemlərinin iştirakı ilə bir günlük hərbi təlim keçirilib.

İsrail Ordusu müxtəlif sahələr üzrə qüvvələrini hazır vəziyyətə gətirib.

Bundan öncə İsrail Ordusunun Mətbuat Xidməti Baydenin səfəri öncəsi hərbi hazırlıqlar barədə məlumat vermişdi.

Qeyd edək ki, Bayden ilk səfərini cari ayın 13-də Təl-Əvivə, 14 və 16-da isə Fələstinə və Səudiyyə Ərəbistanına edəcək.

 


Story Code: 1003889

News Link :
https://www.islamtimes.org/az/news/1003889/israil-öz-ordusunu-hazır-vəziyyətə-gətirib

Islam Times
  https://www.islamtimes.org