0
Saturday 16 July 2022 - 09:39

İsrail Qəzzaya hava zərbələri endirib, dağıntılar var

Story Code : 1004495
İsrail Qəzzaya hava zərbələri endirib, dağıntılar var
SalamNews Fələstin Media Mərkəzinin saytı palinfo.com-a istinadən xəbər verir ki, İsrailin hərbi təyyarələri Qəzzanın müxtəlif bölgələrində HƏMAS-ın və digər hərəkatların mövqelərinə hava zərbələri endirib.

Bu hava zərbələri nəticəsində fələstinli hərəkatların mövqelərində dağıntılar qeydə alınıb. Ölən və yaralananların olması haqda hələ məlumat yoxdur.

İsrail mətbuatının məlumatına görə bu hava zərbələri Qəzzadan Aşkelona iki raketin atılmasından sonra həyata keçirilib.

Qeyd edək ki, üç milyona yaxın fələstinlinin yaşadığı Qəzza 2008-ci ildən İsrailin hava, quru və sudan mühasirəsindədir. Misirlə sərhəddə yerləşən Rəfəh keçidi isə nadir hallarda açılır.