0
Saturday 16 July 2022 - 11:00

Amerikalı senator: Bayden səudiyyəlilərə neft üçün yaltaqlıq edir

Story Code : 1004511
Amerikalı senator: Bayden səudiyyəlilərə neft üçün yaltaqlıq edir
Amerikalı senator Səudiyyə Ərəbistanının Yəməndəki təcavüzkar davranış və mövqelərinə işarə edərək, Bydenin Səudiyyə koalisiyasna qarşı siyasətini tənqid edib.

Co Baydenin bu səfəri və Səudiyyə liderləri ilə görüşlərinə Amerikadakı reaksiyaların ardınca Kentukki ştatının Senatındakı nümayəndəsi Baydenin səudiyyəlilərə qarşı yanlış siyasətdə olduğunu bildirib.

Amerikalı respublikaçı senator öz tvitlərində təcavüzkar Səudiyyə koalisiyasının Yəməndəki təcavüzkar müharibəsinə diqqət çəkərək, “Camal Qaşıqçı”nın qətlində Ər-Riyadın rolunu olduğunu eyham edib.

ABŞ-da benzinin qiymətinin artmasına işarə edən Senator, Baydenin Amerikada yaratdığı neft və digər böhranları ölkə daxilində həll etmək yerinə Səudiyyə kimi təcavüzkar rejimlə yaxın münasibətlər quraraq vəziyyəti sabitləşdirməyə çalışdığını deyib.

“Səudiyyə Ərəbistanı insan haqlarına məhəl qoymayaraq, Yəməndə günahsız insanları qətlə yetirir və müxaliflərini vəhşicəsinə öldürür, milyonlarla insanı aclıq astanasına qoyur, düşmənlərimizi dəstəkləyir və gücləndirir”.