QR CodeQR Code

Aclıq Yəməndə can almağa davam edir

17 Jul 2022 09:01

İslamTimes: "Yəməndə aprel ayında qüvvəyə minən atəşkəs bu ölkədə humanitar şəraiti yaxşılaşdırmayıb".


Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (MENA) Yaxın Şərq və Şimali Afrika regionu direktoru deyib: "Yəməndə aprel ayında qüvvəyə minən atəşkəs bu ölkədə humanitar şəraiti yaxşılaşdırmayıb".

İslamazeri.com "Parstoday"a istinadən xəbər verir ki, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Təşkilatının (MENA) Yaxın Şərq və Şimali Afrika regionu üzrə direktoru Hussam əl-Şərqavi cümə günü verdiyi açıqlamada bildirib:

"Yəməndəki vəziyyət Ukraynadan əvvəl fəlakət idi. İndi isə yüz dəfə artıq pisləşib və Yəməndə uşaqlar ölməyə davam edir.

Təəssüf ki, atəşkəsdən sonra Yəməndə vəziyyət yaxşılaşmayıb. Təmiz su çatışmazlığı Yəməndə son həftələrin ən böyük problemlərindən biridir".

BMT-nin Uşaq Fondu (UNICEF) humanitar böhranın yaşandığı Yəməndə ana və körpə ölümləri ilə bağlı təəccüblü hesabat dərc edib. Hesabatda Yaxın Şərqin ən yoxsul ölkələrindən biri olan Yəməndə 4 ildən artıqdır davam edən qarşıdurmaların ölkədə hamilə qadınların və körpələrin vəziyyətini daha da pisləşdirdiyinə diqqət çəkilib.

Qeyd edək ki, BMT-nin təşəbbüsü ilə 2022-ci ilin aprelində Yəməndə baş tutan və BMT-nin nəzarəti altında yenidən uzadılan humanitar atəşkəs Səudiyyə koalisiyası tərəfindən dəfələrlə pozulub.


Story Code: 1004643

News Link :
https://www.islamtimes.org/az/news/1004643/aclıq-yəməndə-can-almağa-davam-edir

Islam Times
  https://www.islamtimes.org