QR CodeQR Code

ABŞ F-35-lərin uçuşunu dayandırdı

31 Jul 2022 09:37

İslamTimes: Birləşmiş Ştatların Hərbi Hava Qüvvələri beşinci nəsil “F-35A Lightning II” qırıcılarının uçuşlarını dayandırdığını açıqlayıb.


Modern.az xəbər verir ki, buna oturacaqların katapult piromexanizmindəki problemlər səbəb olub.

Son yoxlama zamanı bəzi təyyarələrdə pilotların xilasetmə sistemində problemlər aşkarlanıb. Məhz buna görə də ABŞ ordusu bütün təyyarələrin uçuşlarını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.

Hazırda ABŞ Hərbi Hava Qüvvələrində 349 ədəd “F-35 Lightning II” qırıcısı var.


Story Code: 1006906

News Link :
https://www.islamtimes.org/az/news/1006906/abş-f-35-lərin-uçuşunu-dayandırdı

Islam Times
  https://www.islamtimes.org