0
Sunday 31 July 2022 - 12:35

Çin Tayvana hərbi təyyarə göndərməsinin səbəbini açıqlayıb

Story Code : 1006932
Çin Tayvana hərbi təyyarə göndərməsinin səbəbini açıqlayıb
Çin Hərbi Hava Qüvvələrinin (HHQ) təyyarələri ölkənin milli suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün Tayvan adasına göndərilib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çin Xalq Azadlıq Ordusunun (AXO) Hərbi Hava Qüvvələrinin rəsmi nümayəndəsi Şen Tsinke bildirib.

Onun sözlərinə görə, Çin Hərbi Hava Qüvvələrinin bir çox təyyarələri adada uçuşlar həyata keçirir.

"Beləliklə, biz Çinin milli suverenliyini və ərazi bütövlüyünü qorumaq bacarıqlarını təkmilləşdiririk", - Hərbi Hava Qüvvələrinin sözçüsü bildirib.