QR CodeQR Code

Çin Tayvana hərbi təyyarə göndərməsinin səbəbini açıqlayıb

31 Jul 2022 12:35

İslamTimes: Çin Tayvana hərbi təyyarə göndərməsinin səbəbini açıqlayıb


Çin Hərbi Hava Qüvvələrinin (HHQ) təyyarələri ölkənin milli suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün Tayvan adasına göndərilib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çin Xalq Azadlıq Ordusunun (AXO) Hərbi Hava Qüvvələrinin rəsmi nümayəndəsi Şen Tsinke bildirib.

Onun sözlərinə görə, Çin Hərbi Hava Qüvvələrinin bir çox təyyarələri adada uçuşlar həyata keçirir.

"Beləliklə, biz Çinin milli suverenliyini və ərazi bütövlüyünü qorumaq bacarıqlarını təkmilləşdiririk", - Hərbi Hava Qüvvələrinin sözçüsü bildirib.


Story Code: 1006932

News Link :
https://www.islamtimes.org/az/news/1006932/çin-tayvana-hərbi-təyyarə-göndərməsinin-səbəbini-açıqlayıb

Islam Times
  https://www.islamtimes.org