QR CodeQR Code

Baydenin mühafizəçisi barədə şok iddia - İsraildə qadına...

31 Jul 2022 13:37

İslamTimes: ABŞ Prezidenti Co Baydenin mühafizəçisinin işğalçı İsraildə bir qadına hücum etdiyi iddia edilir.


Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə Baydenin 13-14 iyul tarixində işğalçı İsrailə olan səfərindən öncə baş verib. Təhlükəsizlik məsələləri ilə bağlı prezidentdən öncə İsrailə gələn mühafizəçilərdən biri gecə klubundan çıxan zaman səbəbsiz yerə Tamar Ben-Haim adlı qadına hücum edərək onu döyüb. Yerli medianın iddialarına görə, qadının polisə şikayətindən sonra həmin şəxs saxlanılıb, ABŞ prezidentinin mühafizə xidmətinin əməkdaşı olduğu bilindikdən sonra isə sərbəst buraxılaraq dərhal ölkəsinə göndərilib.

Sionist rejim mediasına açıqlama verən 30 yaşlı Tamar Ben-Haim çoxsaylı bədən xəsarəti aldığını, müalicəsinin hələ də davam etdiyini bildirib.


Story Code: 1006938

News Link :
https://www.islamtimes.org/az/news/1006938/baydenin-mühafizəçisi-barədə-şok-iddia-israildə-qadına

Islam Times
  https://www.islamtimes.org