QR CodeQR Code

Rusiya Qaz nəqlini dayandırdı

31 Jul 2022 17:39

İslamTimes: Rusiyadan gərginliyi artıran yeni addım: Qaz nəqlini dayandırdıAvropa ilə Rusiya arasındakı qaz müharibəsində "Qazprom" gərginliyi artıracaq yeni addım atıb.


Rusiyanın enerji şirkəti "Qazprom" ödənişlərlə bağlı şərtləri pozduğu üçün Latviyaya qaz axınını dayandırdığını bəyan edib.

"Qazprom" sözügedən qərarı Latviyanın energetika naziri Latviyas Qazenin Rusiyadan qazı rubl əvəzinə avro ilə aldıqlarını bəyan etməsindən bir gün sonra verilib.

Qeyd edək ki, martın sonunda Rusiya prezidenti Vladimir Putin qeyri-dost ölkələrə qaz ödənişlərinin rublla aparılmasını tənzimləyən fərman imzalayıb. Fərmana əsasən, Rusiya qazını alan maraqlı ölkələrin "Qazprombank"da hesab açması nəzərdə tutulurdu, lakin bu banka ödənişlər edildikdən sonra həmin vəsait Moskva Fond Birjasında rubla çevriləcək.

 


Story Code: 1006952

News Link :
https://www.islamtimes.org/az/news/1006952/rusiya-qaz-nəqlini-dayandırdı

Islam Times
  https://www.islamtimes.org