0
Sunday 31 July 2022 - 19:00

İmran Xan: Pakistan ordusunun Amerikadan yardım alması zəiflik əlamətidir

Story Code : 1006956
İmran Xan: Pakistan ordusunun Amerikadan yardım alması zəiflik əlamətidir
Sputnik xəbər verir ki, Pakistan indiyə kimi görünməmiş iqtisadi böhranla üz-üzədir. Hökumət Pakistanın ölkə xaricindəki valyuta ehtiyatlarının hazırda 8,5 milyard dollar civarında olduğunu və bir Pakistanın bir aylıq idxalını qarşılayacağını açıqlayıb.

Ölkənin ordu qərargah rəisi general Qamar Caved Bajva ABŞ-dan BVF kreditini ən qısa zamanda İslamabada çatdırmasını istəməsi Pakistanın keçmiş baş naziri İmran Xan tərəfindən sərt şəkildə tənqid edilib.

Yaponiyanın Nikkei qəzetinin xəbərinə görə, Qamar Caved Bajva ABŞ prezidenti Co Bayden administrasiyasından BVF-dan maliyyə paketinin vaxtından əvvəl çatdırılmasını istəyib.
2019-cu ildə fond Pakistana 6 milyard dollar kredit verməyə razılaşmış olsa da, hələ də 1,2 milyard dollarlıq ilk maliyyə paketini çatdırmayıb.