0
Monday 1 August 2022 - 09:28

Vuçiç vəziyyəti həll etmək üçün Kosova ilə dialoqu davam etdirməyə çağırıb

Story Code : 1007060
Vuçiç vəziyyəti həll etmək üçün Kosova ilə dialoqu davam etdirməyə çağırıb
SalamNews "Gazeta.ru"ya istinadən xəbər verir ki, Vuçiç belə bir müraciətlə ölkənin silahlı qüvvələrinin Baş Qərargahında məsləhətləşmələrdən sonra çıxış edib.

O, həmçinin Kosovo serblərinə vəziyyətin gərginləşməsi fonunda tutduqları mövqeyə görə təşəkkür edib.

"Priştina bu aksiyanı uzun müddətdir ki, hazırlayır. Kosovo və Metohiyadan olan serblərə təmkin və cəsarətə görə təşəkkür edirəm", deyə Vuçiç bildirib.

Serbiya lideri əlavə edib ki, “son dərəcə çətin siyasi mübarizə” hələ qarşıdadır.

"Problemləri sülh yolu ilə həll etməyə başlamaq üçün dialoqu davam etdirmək bizim üçün son dərəcə vacibdir", deyə Vuçiç əlavə edib.

Prezident vəziyyəti “sabitləşdirmək” üçün hər şeyi edəcəyinə söz verib. O, həmçinin serblərə müraciət edərək, təxribat törətməməyi və münaqişəyə səbəb ola biləcək heç bir iş görməməyi xahiş edib.