0
Monday 1 August 2022 - 12:04

Mali: Fransa Müasir müstəmləkəçilik yanaşmasını dayandırmalıdır

Story Code : 1007068
Mali: Fransa Müasir müstəmləkəçilik yanaşmasını dayandırmalıdır
Əl-Ərəbiyyə xəbər kanalının məlumatına görə,  Malidə hərbiçilərin vəzifəyə başlamasından sonra Fransa bu ölkə ilə bağlı mövqeyini dəyişib.

Malidə 2020-ci ilin avqustunda və 2021-ci ilin mayında ölkədə iqtisadi, siyasi və Təhükəsizlik böhranına səbəb olan iki çevriliş yaşandı.

Fransanın Maliyə ilk hərbi müdaxiləsi 2013-cü ildə olub. Lakin bu ilin əvvəlində Paris Afrika ölkəsindən qüvvələrini çıxaracağını açıqlamışdı.

Mali ordusunun sözçüsü televiziyaya çıxışında , Mali Keçid Hökumətinin Fransa prezidenti Emmanuel Makronu alçaldıcı və neokolonial yanaşmasından əl çəkməyə çağırıb. O heç kimin Mali xalqından daha çox bu ölkənin maraqlarını nəzərə alaraq hərəkət edə bilməyəcəyini vurğulayıb.


Makron Beninə 3 günlük səfəri zamanı Malidəki mövzuya toxunaraq deyib ki, Qərbi Afrika ölkələri Mali xalqının suverenliyini ifadə etmə və terrorçu qruplara qarşı effektiv mübarizə aparmaq mövzusunda məsuliyyət daşıyır.