QR CodeQR Code

Mali: Fransa Müasir müstəmləkəçilik yanaşmasını dayandırmalıdır

إسلام تايمز , 1 Aug 2022 12:04

İslamTimes: Malidəki hərbi hökumət Paris və Bamako arasında artıq mövcud olmayan münasibətlərə toxunaraq Fransa prezidentini ölkəsinə qarşı tətbiq olunan "yeni alçaldıcı müstəmləkəçilik" yanaşmasını dayandırmağa çağırıb.


Əl-Ərəbiyyə xəbər kanalının məlumatına görə,  Malidə hərbiçilərin vəzifəyə başlamasından sonra Fransa bu ölkə ilə bağlı mövqeyini dəyişib.

Malidə 2020-ci ilin avqustunda və 2021-ci ilin mayında ölkədə iqtisadi, siyasi və Təhükəsizlik böhranına səbəb olan iki çevriliş yaşandı.

Fransanın Maliyə ilk hərbi müdaxiləsi 2013-cü ildə olub. Lakin bu ilin əvvəlində Paris Afrika ölkəsindən qüvvələrini çıxaracağını açıqlamışdı.

Mali ordusunun sözçüsü televiziyaya çıxışında , Mali Keçid Hökumətinin Fransa prezidenti Emmanuel Makronu alçaldıcı və neokolonial yanaşmasından əl çəkməyə çağırıb. O heç kimin Mali xalqından daha çox bu ölkənin maraqlarını nəzərə alaraq hərəkət edə bilməyəcəyini vurğulayıb.


Makron Beninə 3 günlük səfəri zamanı Malidəki mövzuya toxunaraq deyib ki, Qərbi Afrika ölkələri Mali xalqının suverenliyini ifadə etmə və terrorçu qruplara qarşı effektiv mübarizə aparmaq mövzusunda məsuliyyət daşıyır.





 


Story Code: 1007068

News Link :
https://www.islamtimes.org/az/news/1007068/mali-fransa-müasir-müstəmləkəçilik-yanaşmasını-dayandırmalıdır

Islam Times
  https://www.islamtimes.org