QR CodeQR Code

Gürcüstanda "Krım-Konqo" virusuna yoluxma 4 dəfə artıb

2 Aug 2022 10:05

İslamTimes: Ötən 7 ay ərzində Gürcüstanda "Krım-Konqo" virusuna 42 yoluxma halı qeydə alınıb, 2 nəfər xəstəlikdən vəfat edib.


APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze “İnterPressNews”a açıqlamasında bildirib.

Qamkrelidze Gürcüstanda sözügedən virusa yoluxma hallarında kəskin artım müşahidə olunduğunu qeyd edib: “Bizdə hər il 10-15 yoluxma halı qeydə alınırdı. Bu il bizim ən çox - təsdiqlənmiş 42 yoluxma halımız var”.

Baş epidemioloq əlavə edib ki, xəstəlikdən ölüm nisbəti 4,7% təşkil edir ki, bu da onu ən ciddi xəstəliklərdən birinə çevirir.

Qeyd edək ki, Gürcüstanda "Krım-Konqo" virusuna ilk yoluxma halı 2009-cu ildə qeydə alınıb.


Story Code: 1007207

News Link :
https://www.islamtimes.org/az/news/1007207/gürcüstanda-krım-konqo-virusuna-yoluxma-4-dəfə-artıb

Islam Times
  https://www.islamtimes.org