Çinin xarici işlər naziri Vanq Yi Nensi Pelosinin Tayvana səfəri mövzusu barəsində deyib ki, “Eqoistcəsinə Tayvan məsələsində atəşlə oynayan bəzi amerikalı siyasətçilər 1,4 milyard Çin xalqının düşməninə çevriləcəklər”.
O sözünün davamında xəbərdarlıq edərək deyib ki, “onların sonu yaxşı olmayacaq”.
Artan gərginlik səbəbi ilə səkkiz F15 qırıcısı və beş yanacaq dolduran təyyarə ABŞ-ın Yaponiyadakı bazasını tərk edib.
Bəzi KİV-lərin verdiyi məlumata görə, Çin cənub-şərqindəki Fujian əyalətində HK-22 uzaqmənzilli zenit-raket kompleksini əks etdirən video yayımlayıb.