QR CodeQR Code

"ABŞ-ın yeni sanksiyalarına qəti cavab verəcəyik"

2 Aug 2022 19:45

İslamTimes: "ABŞ-ın yeni sanksiyalarına qəti cavab verəcəyik"- İran XİNİran ABŞ-ın ölkə neftini hədəf alan yeni sanksiyalarına qəti və sürətlə cavab verəcəyini açıqlayıb.


O, sanksiyaların ölkə iqtisadiyyatına və ticarətinə mümkün təsirlərini aradan qaldırmaq üçün bütün lazımi tədbirləri görəcəyini açıqlayıb.
Sonxeber.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani verdiyi yazılı açıqlamada Vaşinqton rəhbərliyinin Tehranın neft və neft-kimya məhsulları ticarətini dəstəkləyən 6 şirkəti sanksiyalar siyahısına əlavə etməsinə reaksiya verib.

ABŞ-ın ölkə iqtisadiyyatını hədəf alan sanksiyalar tətbiq etməkdən çəkinmədiyini bildirən Kenani yeni sanksiyaların Ağ Evin sanksiyalardan asılılığının göstəricisi olduğunu bildirib.

O, ABŞ prezidenti Co Bayden administrasiyasının eyni siyasəti davam etdirdiyini,hətta genişləndirdiyini bildirib. Baxmayaraq ki, əvvəllər dəfələrlə keçmiş prezident Donald Tramp maksimum təzyiq siyasətini uğursuz kimi qiymətləndirib.

"İran Ağ Evin sanksiyalarda israrına qəti cavab verəcək, sanksiyaların ölkə iqtisadiyyatı və ticarətinə mümkün təsirlərini aradan qaldırmaq üçün bütün lazımi tədbirləri görəcək" ,- deyə nazir əlavə edib.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti və Xəzinədarlıq Departamenti İran neftinin və neft-kimya məhsullarının Şərqi Asiyaya ixracına kömək edən dördü Honq-Konqda, biri Sinqapurda və biri Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) olmaqla altı şirkəti sanksiya siyahısına əlavə edib.

 


Story Code: 1007273

News Link :
https://www.islamtimes.org/az/news/1007273/abş-ın-yeni-sanksiyalarına-qəti-cavab-verəcəyik

Islam Times
  https://www.islamtimes.org