0
Wednesday 3 August 2022 - 09:51

Pentaqon Şoyqunun bəyanatını təkzib edib

Story Code : 1007362
Pentaqon Şoyqunun bəyanatını təkzib edib
APA xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

“Müdafiə naziri Şoyqunun son iddialarından xəbərdarıq. Bildirmək istərdik ki, bu yenə də yalandır”, - deyə Pentaqonun sözçüsü vəzifəsini icra edən Todd Bressail bildirib.

Eyni zamanda o, əlavə edib ki, Ukrayna HIMARS sistemindən yüksək dəqiqliklə və səmərəli şəkildə istifadə edir.

Xatırladaq ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynada al6 "HIMARS" və 33 "M777" haubitsasının məhv edildiyini açıqlayıb.