0
Wednesday 3 August 2022 - 10:36

ABŞ-dan cinayətkar Səudiyyə rejiminə jest

Story Code : 1007365
ABŞ-dan cinayətkar Səudiyyə rejiminə jest
Bu barədə ABŞ Müdafiə Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Qeyd olunur ki, ümumilikdə Ər-Riyad Vaşinqtondan bu tipli 300 raket istəyib.

“Dövlət Departamenti Səudiyyə Ərəbistanı hökumətinə təxminən 3 milyard dollardan çox “PATRIOT MIM-104E” qabaqcıl taktiki ballistik raketlərin satışını təsdiqləyən qərar verib”, - deyə məlumatda deyilir.

Bu barədə Konqresə bildiriş göndərilib. Eyni zamanda hərbçilər bildiriblər ki, Səudiyyə Ərəbistanına raket satışı ABŞ silahlı qüvvələrinin döyüş hazırlığına mənfi təsir göstərməyəcək.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden jurnalist Camal Kaşıkçının Səudiyyə vəliəhdi Bin Salmanın əmri ilə dəhşətli şəkildə qətlə yetirilməsindən sonra, Vaşinqtonun Səudiyyə rejiminə qarşı sərt davranacağını iddia edirdi. Amma bu gün ABŞ öz mənafeləri xatirinə, Səudiyyə rejimində insan haqlarının pozulmasını, bu rejimin Yəməndə törətdiyi cinayətləri görməzdən gəlir.