0
Wednesday 3 August 2022 - 12:42

Tayvan Çin üçün “Qarabağdır”

Story Code : 1007397
Tayvan Çin üçün “Qarabağdır”
- Tayvan krizisinin mahiyyətində nə dayanır? ABŞ və Çin arasında gərginliyin artmasının əsl səbəbi nədir?

- Həm BMT tərəfindən tanınan Çin Xalq Respublikası (ÇXR), həm də qondarma “Çin Respublikası” (ÇR) ölkənin qanuni hökuməti olduqlarını iddia edirlər. Birincisi vətəndaş müharibəsində kommunistlərin qələbəsindən sonra ortaya çıxdı, ikincisi isə özünü üsyançıların devirdiyi hökumətin varisi hesab edir. ÇXR-in paytaxtı Pekində, ÇR-in paytaxtı isə Tayvan adasındakı Taybeydədir. ABŞ əvvəllər yalnız ÇR-i tanıyırdı, lakin 1979-cu ildən sonra rəsmi olaraq “Vahid Çin hökuməti” siyasətini yürüdən ÇXR-i tanıdı.

ABŞ spikeri Pelosi ABŞ-ın “Vahid Çin” siyasətini pozaraq Tayvana səfər etdi. Pekin bunu Bayden administrasiyası nümayəndələrinin də səssizcə dəstəklədiyi əhəmiyyətli bir təxribat hesab edir. ABŞ rəsmiləri isə bu səyahətin Pelosinin şəxsi istəyi olduğunu bildirərək, “inandırıcı inkar” siyasətinin arxasında gizlənirlər. Bununla belə, bundan əvvəl ABŞ-ın keçmiş prezidenti Tramp administrasiyası da açıq şəkildə ABŞ-ın Vahid Çin siyasətini pozmağa başlamışdı və həqiqət budur ki, bütün administrasiyalar Tayvanı silahlandırmağa davam etməklə, heç vaxt “Vahid Çin hökuməti” siyasətinə hörmət etməyiblər.

Bu ikiüzlü siyasətin səbəbi odur ki, ABŞ-ın daimi hərbi, kəşfiyyat və diplomatik bürokratiyaları (“dərin dövlət”) bu qondarma bölgəni Çinin qalan hissəsinə qarşı hibrid müharibə üçün əsas alət hesab edir. Çin Xalq Respublikası Çin Respublikasının bir gün ABŞ-ın dəstəyi ilə öz “müstəqilliyini” elan etməyə cəhd edəcəyindən şübhələnsə də, qeyd etmək lazımdır ki, hələ ki, ÇR tərəfindən bu addım atılmayıb. Vəziyyət partlamağa hazır bomba kimidir və son illərdə daha da pisləşib. Pelosinin son təxribatı gərginliyi ən yüksək həddə çatdıraraq Koreya müharibəsindən bəri ikitərəfli münasibətlərin ən pis nöqtəyə çatması ilə nəticələnəcək.

- Pelosinin səfəri ABŞ üçün niyə bu qədər vacibdir və Çin niyə buna qəti şəkildə qarşı çıxır?

- Ən açıq mesajın ÇXR-ə çox ədavətli bir siyasi siqnal göndərmək olduğu görünür. Pelosi Baydenin istefa verəcəyi və ya 2024-cü il seçkilərindən əvvəl vəfat edəcəyi təqdirdə vitse-prezident olmağa hazırlaşır. O, hazırda prezidentliyə namizədlər arasında üçüncü yerdədir və beləliklə, bu ssenari reallaşacağı təqdirdə hazırkı vitse-prezident prezident olacaq, Pelosi isə vitse-prezident vəzifəsinə gələcək.

Başqa bir məqsəd Szinpini Milli Konqres qarşısında pərt etmək ola bilər. Nəzərə almaq lazımdır ki, Szinpinin payızda üçüncü dəfə səlahiyyət alacağı gözlənilir.

Nəhayət, son mümkün motiv Kiyevin son beş ayda verdiyi itkilərin ardınca ABŞ-ın strateji diqqətini Şərqi Avropadan bu teatra yönəltməsi ola bilər. Mümkündür ki, ABŞ imicini xilas etmək məqsədilə diqqəti yayındırmaq üçün Şərqi Asiyada qarışıqlıq yaratmağa çalışsın. Zelenski bundan əvvəl də xəbərdarlıq edib ki, münaqişə qışa qədər Ukraynanın qələbəsi ilə başa çatmalıdır və bir çox müşahidəçilər Qərbin Ukrayna məsələsi ilə bağlı birliyinin zəifləməsindən şübhələnir. Buna görə də Pelosinin səfərinin arxasında belə bir amil ola biləcəyini istisna etmək olmaz.

Çin haqlı olaraq Tayvanı beynəlxalq hüquqa uyğun olaraq ərazisinin ayrılmaz hissəsi hesab edir. Buna görə də adaya icazəsi olmadan gələn hər kəsə etiraz edir. Azərbaycanlı oxucular üçün edilə biləcək ən yaxşı müqayisə, nə qədər qüsurlu olsa da, Tayvanı Çinin “Qarabağı” hesab etməkdir. Bakı öz icazəsi olmadan heç kimin Qarabağa getməsini istəmədiyi kimi, Çin də öz icazəsi olmadan heç kimin adaya ayaq basmasını istəmir.