0
Wednesday 3 August 2022 - 17:39

Çindən mesaj – “Bu, sizi məhvə, ölkənizi isə fəalkətə aparacaq”

Story Code : 1007438
Çindən mesaj – “Bu, sizi məhvə, ölkənizi isə fəalkətə aparacaq”
Teleqraf.com xəbər verir ki, bunu Çin Dövlət Şurasının Tayvanla Əlaqələr Departamentinin sözçüsü Ma Syoquan Tayvan lideri Tsay İnq-venə göndərdiyi mesajda deyib.

ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərindən sonra ada hökumətinə xəbərdarlıq edən Çin rəsmisi bildirib ki, Tayvanın atdığı addımlar fəlakətlə başa çatacaq.

“Tsay İnq-ven və Demokratik İnkişaf Partiyasına (DPP) xəbərdarlıq edirik: təxribat xarakterli hərəkətlərlə və xarici güclərlə birlikdə “müstəqillik” axtarışları sizi məhvə, Tayvanı fəlakətə aparacaq”, - Syoquan bildirib.

Bəyanat Pelosi və onun nümayəndə heyətinin səhər saatlarında Tayvan lideri ilə görüşündən sonra verilib.