QR CodeQR Code

Çindən mesaj – “Bu, sizi məhvə, ölkənizi isə fəalkətə aparacaq”

3 Aug 2022 17:39

İslamTimes: “Xarici güclərlə müstəqillik axtarmaq sizin məhvinizə, Tayvanı isə fəlakətə aparacaq”.


Teleqraf.com xəbər verir ki, bunu Çin Dövlət Şurasının Tayvanla Əlaqələr Departamentinin sözçüsü Ma Syoquan Tayvan lideri Tsay İnq-venə göndərdiyi mesajda deyib.

ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərindən sonra ada hökumətinə xəbərdarlıq edən Çin rəsmisi bildirib ki, Tayvanın atdığı addımlar fəlakətlə başa çatacaq.

“Tsay İnq-ven və Demokratik İnkişaf Partiyasına (DPP) xəbərdarlıq edirik: təxribat xarakterli hərəkətlərlə və xarici güclərlə birlikdə “müstəqillik” axtarışları sizi məhvə, Tayvanı fəlakətə aparacaq”, - Syoquan bildirib.

Bəyanat Pelosi və onun nümayəndə heyətinin səhər saatlarında Tayvan lideri ilə görüşündən sonra verilib.


Story Code: 1007438

News Link :
https://www.islamtimes.org/az/news/1007438/çindən-mesaj-bu-sizi-məhvə-ölkənizi-isə-fəalkətə-aparacaq

Islam Times
  https://www.islamtimes.org