QR CodeQR Code

“Qazprom” öhdəlikləri hər an yerinə yetirə bilər - Şolz

3 Aug 2022 16:22

İslamTimes: “Almaniyaya texniki xidmət üçün göndərilən “Şimal axını” təbii qaz turbininin Rusiyaya çatdırılması üçün heç bir maneə yoxdur”.


Teleqraf.com xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolz bildirib.

Almaniya kansleri turbinin təmir olunduğu “Siemens Energy” şirkətinə baş çəkib: “Bu turbinin hər an istifadə oluna biləcəyini göstərmək mənim üçün vacibdir. Rusiyada gömrük rəsmiləşdirilməsi üçün lazımi məlumatların verilməsindən başqa, turbinin daşınmasına heç nə mane olmur. Bütün digər icazələr mövcuddur. Turbin istifadəsinə mane olacaq hər hansı sanksiyalar da yoxdur. Tələb olunarsa, sürətlə təhvil veriləcək”.

Şolz qaz nəqlinin azaldılması üçün irəli sürülən texniki səbəbləri anlaya bilmədiklərini qeyd edib: “Rusiyadan Avropaya çoxlu boru xətti var. “Qazprom” avropalı müştəriləri qarşısında götürdüyü öhdəlikləri hər an yerinə yetirə bilər. Almaniya Avropaya maneəsiz qaz nəqlini təmin etmək üçün üzərinə düşəni edəcək”.

Rusiyanın enerji şirkəti "Qazprom"un İdarə Heyətinin sədr müavini Vitaliy Markelov "Şimal axını"nda texniki xidmət üçün göndərilən təbii qaz turbin mühərrikinin may ayında “Siemens” tərəfindən geri qaytarılmalı olduğunu, amma hələ də təhvil verilmədiyini bildirib.


Story Code: 1007440

News Link :
https://www.islamtimes.org/az/news/1007440/qazprom-öhdəlikləri-hər-an-yerinə-yetirə-bilər-şolz

Islam Times
  https://www.islamtimes.org