0
Wednesday 3 August 2022 - 16:41

İran nüvə təsisatlarında nəzarət kameralarını yenidən quraşdırmaq üçün şərtini açıqlayıb

Story Code : 1007445
İran nüvə təsisatlarında nəzarət kameralarını yenidən quraşdırmaq üçün şərtini açıqlayıb
SalamNews "Əl-Aləmə" istinadən xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının sədri Məhəmməd İslami deyib.

İran rəsmisi bu gün keçirilən mətbuat konfransında deyib:

“İranın nüvə obyektlərində təhlükəsizlik tədbirləri haqqında sazişdən kənar fəaliyyət göstərən MAQATE kameraları (əlavə müşahidə kameraları) çıxarılıb və qarşı tərəf nüvə sazişinə geri qayıtmasa, həmin kameralar işləməyəcək.”

O, ABŞ-ın iki gün öncə İranın neft və neft-kimya sahəsinə əlavə sanksiyalarına belə münasibət bildirib:

“Bizim nüvə təsisatlarında sentrifuqalara qaz vurmağımız İran xalqının maraqlarını qorumaq üçün parlamentdə təsdiq edilən Strateji Fəaliyyət Qanununa əsasən həyata keçirilir və ABŞ-ın yeni embarqosuna bir cavabdır.”