QR CodeQR Code

İran nüvə təsisatlarında nəzarət kameralarını yenidən quraşdırmaq üçün şərtini açıqlayıb

3 Aug 2022 16:41

İslamTimes: “Qarşı tərəf nüvə sazişinə qayıtmayınca Beynəlxalq Atom Agentliyinin nəzarət kameraları yenidən işə salınmayacaq.”


SalamNews "Əl-Aləmə" istinadən xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının sədri Məhəmməd İslami deyib.

İran rəsmisi bu gün keçirilən mətbuat konfransında deyib:

“İranın nüvə obyektlərində təhlükəsizlik tədbirləri haqqında sazişdən kənar fəaliyyət göstərən MAQATE kameraları (əlavə müşahidə kameraları) çıxarılıb və qarşı tərəf nüvə sazişinə geri qayıtmasa, həmin kameralar işləməyəcək.”

O, ABŞ-ın iki gün öncə İranın neft və neft-kimya sahəsinə əlavə sanksiyalarına belə münasibət bildirib:

“Bizim nüvə təsisatlarında sentrifuqalara qaz vurmağımız İran xalqının maraqlarını qorumaq üçün parlamentdə təsdiq edilən Strateji Fəaliyyət Qanununa əsasən həyata keçirilir və ABŞ-ın yeni embarqosuna bir cavabdır.”


Story Code: 1007445

News Link :
https://www.islamtimes.org/az/news/1007445/iran-nüvə-təsisatlarında-nəzarət-kameralarını-yenidən-quraşdırmaq-üçün-şərtini-açıqlayıb

Islam Times
  https://www.islamtimes.org