0
Thursday 4 August 2022 - 21:32

İran nüvə danışıqlarında Sepah-la bağlı tələbini geri götürməyib

Story Code : 1007641
İran nüvə danışıqlarında Sepah-la bağlı tələbini geri götürməyib



SalamNews İRNA-a istinadən xəbər verir ki, bunu İranın danışıqlara yaxın mənbəsi məlumat verib. Bildirilib ki, İran Sepah-ın qara siyahıdan çıxarılması şərtindən əl çəkməyib.

Qeyd edək ki, bundan öncə “Teh Wall Street Journal” yazıb ki, İran nüvə danışıqlarında Sepah-ın ABŞ-ın terror siyahısından çxıarılması tələbindən əl çəkib.

Əlavə edək ki, nüvə sazişinin bərpası ilə bağlı danışıqlar bu gündən Vyanada başlamalıdır.

Bu danışıqlar üç ay idi dayanmışdı.