QR CodeQR Code

Zaxarova: “Azərbaycanın Britaniyadakı səfirliyinə hücum məni şoka salıb”

6 Aug 2022 08:33

İslamTimes: Rusiya XİN sözçüsü 2018-ci ildə Londondakı İran səfirliyinə də hücum edən şəxslərin Azərbaycan səfirliyinə hücum etməsini qeyri-adi hal adlandırdı


Mən Londondakı azərbaycanlı həmkarlarıma dəstəyimi bildirmək istəyirəm.

APA xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Telegram” kanalında yazıb.

“Gündüz vaxtı səfirliyə edilən hücum məni şoka saldı. Vandal kütləsi diplomatik nümayəndəliyin ərazisinə soxularaq dövlət rəmzlərini murdarlayıb, binaya ziyan vurublar. Allaha şükür ki, heç kim zərər görmədi”,-deyə zaxarova qeyd edib.

Onun sözlərinə görə, diplomatik nümayəndəliklərin ərazisi toxunulmazdır.

Beynəlxalq münasibətlərin əsas prinsiplərinə görə, bu, diplomatların rahat işləməsini təmin edir.

Zaxarova bu hadisəni qeyri-adi hal adlandırıb.

Qeyd edək ki, bu şəxslərin, insanlarda dinə qarşı bədbinlik yaratmaq məqsədi İngiltərə və İsrailin kəşfiyyat orqanları tərəfindən təlimatlandırılaraq Azərbaycan səfirliyinə göndərildiyi bildirilir.


Story Code: 1007862

News Link :
https://www.islamtimes.org/az/news/1007862/zaxarova-azərbaycanın-britaniyadakı-səfirliyinə-hücum-məni-şoka-salıb

Islam Times
  https://www.islamtimes.org