0
Saturday 6 August 2022 - 08:14

ABŞ: Çin nüvə arsenalını artırır!

Story Code : 1007864
ABŞ: Çin nüvə arsenalını artırır!
Çin nüvə arsenalını çox sürətlə 3-4 dəfə artırmaq prosesindədir.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Koul deyib.

Koulun sözlərinə görə, ABŞ Çinlə münaqişəyə girmək istəmir:

“ABŞ administrasiyası əvvəllər Çinin strateji sabitlik məsələlərini müzakirə etmək niyyəti ilə bağlı bəyanatlarını eşidib. Lakin Pekin bu işə indi hazır deyil”.

O, həmçinin bildirib ki, Tayvan ətrafındakı müşahidə olunan yaxşı məqamlardan biri Çindən gələ biləcək nüvə təhlükəsinin olmaması idi.

Qeyd edək ki, ABŞ özü nüvə silahından istifadə edən yeganə ölkədir.