0
Saturday 6 August 2022 - 09:57

Çindən ilk addım gəldi – Hərbi danışıqlar dayandırıldı

Story Code : 1007874
Çindən ilk addım gəldi – Hərbi danışıqlar dayandırıldı
Teleqraf.com xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

XİN-in açıqlamasına görə, müdafiə sahəsində 3 dialoq mexanizmi, qeyri-qanuni miqrasiya, məhkəmə əməkdaşlığı, transsərhəd cinayətlər, narkotiklərlə mübarizə və iqlim dəyişikliyi sahələrində 5 dialoq mexanizmi ləğv edilib.

Müdafiə sahəsində Çin və ABŞ arasında Cəbhə Komandirləri dialoqu, Müdafiə Siyasəti Koordinasiyasının danışıqları və Hərbi Dəniz Məşvərət Anlaşması müzakirələrinin artıq keçirilə bilməyəcəyi bildirilib.

Tayvanı öz ərazisinin bir hissəsi kimi tanıyan Pekin Pelosinin səfərini onun suverenliyi və ərazi bütövlüyünün pozulması kimi qiymətləndirdiyini vurğulayıb və kəskin əks tədbirlər görəcəyi ilə bağlı xəbərdarlıq edib.