QR CodeQR Code

İsrailin Qəzzəyə hücümu dünyada etirazla qarşılandı

إسلام تايمز , 6 Aug 2022 10:34

İslamTimes: Sionist rejimin Qəzza zolağına hücumundan sonra, Tunis, İordaniya, Türkiyə, İraq, Yəmən və Livan ölkələri ayrı-ayrılıqda bəyanatlar verərək bu hücumları pisləyiblər.


Əl-Məsirə-nin verdiyi xəbərə görə, İraqın Ən-Nücəbə hərəkatı sionist rejimin Qəzzəyə hücumuna cavab olaraq bəyanat yayaraq deyib:  "Biz bu müqəddəs döyüşü özümüzə şərəf və ləyaqət döyüşü hesab edirik..."

Bu bəyanatda həmçinin deyilir: "Biz İraq İslami Müqaviməti olaraq İslami Cihad hərəkatının mücahid qardaşlarına “Tisir əl-Cəbari”nin şəhadəti ilə bağlı başsağlığı veririk."

Həmçinin, İslami Cihad Hərəkatının sözçüsü Tariq Səlmi vurğulayıb ki, sionist düşmən sülh üçün təlaş göstərən vasitəçilərin bütün səylərini lazımi səviyyədə qiymətləndirməyib və bundan sonra baş verəcəklərlə bağlı məsuliyyət də İsrailin üzərinə düşür.

O, əlavə edib ki, Qəzzəyə hücum göz ardı edilə bilməz və Müqavimət Cəbhəsi yalnız işğal olunmuş torpaqları hədəfə alıb!

Tariq Salmi həmçinin deyib ki, İslami Cihad və bütün Müqavimət qrupları birlikdə düşmən İsraillə müharibəyə daxil olub.


Story Code: 1007876

News Link :
https://www.islamtimes.org/az/news/1007876/israilin-qəzzəyə-hücümu-dünyada-etirazla-qarşılandı

Islam Times
  https://www.islamtimes.org