0
Saturday 6 August 2022 - 12:20

Şimali Koreya: Pelosi beynəlxalq sülhün dağıdıcısıdır

Story Code : 1007895
Şimali Koreya: Pelosi beynəlxalq sülhün dağıdıcısıdır
"Yonhap" informasiya agentliyinin məlumatına görə, Şimali Koreya bu gün ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Şimali və Cənubi Koreya sərhəddində yerləşən Panmunjom məntəqəsinə səfərini pisləyib.

Şimali Koreya Xarici İşlər Nazirliyinin mətbuat və informasiya departamentinin baş direktoru Co Yonq-sam verdiyi açıqlamada Pelosinin bu həftə Cənubi Koreyaya səfəri zamanı Şimali Koreyanın təhdidlərinə qarşı “güclü və geniş çəkindirmə” haqqında bəyanatını pisləyib.

Pelosi Tayvan səfərindən sonra ötən gün Cənubi Koreyaya iki günlük səfər edib və Panmunjom təhlükəsiz zona daxilini ziyarət edib.

Şimali Koreya rəsmisi Koreya Mərkəzi Xəbər Agentliyinin ingilis dilində dərc etdiyi bəyanatda bildirib ki, bu davranışlar ABŞ-ın hazırkı administrasiyasının Şimali Koreyaya qarşı düşmənçilik siyasətini nümayiş etdirir.