0
Sunday 7 August 2022 - 09:34

İran və Aİ mühafizə təminatı haqqında müzakirələr aparır

Story Code : 1008014
İran və Aİ mühafizə təminatı haqqında müzakirələr aparır
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi deyib.

Kəmalvəndi İranın ekspertlər qrupunun Avropa İttifaqının Hərtərəfli Birgə Fəaliyyət Planı üzrə koordinatoru Enrike Mora ilə görüşündə mühafizə təminatı ilə bağlı məsələlərin müzakirə edildiyini deyib.

O, danışıqların pis getmədiyini də qeyd edib.