QR CodeQR Code

BMT TŞ İsrailin Qəzzəyə təcavüzü ilə bağlı fövqəladə iclas keçirir

إسلام تايمز , 7 Aug 2022 12:31

İslamTimes: Fələstinin BMT-dəki səfiri Təhlükəsizlik Şurasının İsrailin Qəzzəyə son hücumu ilə bağlı baş verən hadisələri nəzərdən keçirmək üçün bazar ertəsi günü bağlı qapılar arxasında fövqəladə iclas keçirəcəyini deyib.


Fələstinin BMT-dəki səfiri Riyad Mənsur bir bəyanatda bildirib ki, BMT bazar ertəsi günü sionist rejim və Fələstin İslami Cihadı arasında Qəzzada yeni gərginlik mövzusunu müzakirə etmək üçün fövqəladə iclas keçirəcək.

Sionist rejimin “The Times of Israel” qəzetinin xəbərinə görə, BƏƏ Xarici İşlər Nazirliyinin strateji kommunikasiyalar üzrə direktoru Əfra Maheş Əl-Hamli bəyanatında bildrib ki, bu görüş BƏƏ tərəfindən Çin, Fransa, İrlandiya və Norveçlə birlikdə Təhlükəsizlik Şurasının üzvlərindən tələb olunub.


Story Code: 1008029

News Link :
https://www.islamtimes.org/az/news/1008029/bmt-tş-israilin-qəzzəyə-təcavüzü-ilə-bağlı-fövqəladə-iclas-keçirir

Islam Times
  https://www.islamtimes.org