0
Friday 23 September 2011 - 00:24

Rəbbaninin qətli ABŞ və NATO-nun üzərindədir

Story Code : 100812
Rəbbaninin qətli ABŞ və NATO-nun üzərindədir
Rəbbaninin qətli ABŞ və NATO-nun üzərindədir
Azadxeber.az saytının İran mediasına istinadən verdiyi xəbərə görə İran parlamentinin spikeri Əli Laricani Əfqanıstanın keçmiş prezidenti Rəbbaninin ölümü haqda belə bəyanat verib:

"Rəbbaninin qətli ABŞ və NATO-nun üzərindədir. Onlar günahkardılar. Burada 2 məsələ dəqiq aydındır. Ya ABŞ və NATO etiraf etsinlər ki, gücləri çatmır, qüdrətləri yoxdur Əfqanıstanda sabitliyi bərqərar etsinlər yada ki, bu işi elə onların özlərinin təşkil etdiyini açıq boyunlarına alsınlar. Budurmu bu xarici dövlətlərin gecə-gündüz danışdıqları ədalət və terrorizmlə mübarizə."

İranın Xarici İşlər nazirliyinin sözçüsü Ramin Mehmanpərəst də bu məsələyə belə bir fikir bildirib: "Bürhanəddin Rəbbaninin vəhşicəsinə qətlə yetirilməsi bu ölkədə terrorizmin günü-gündən çiçəklənməsinin təzahürüdür. Baxmayaraq ki, Qərb hərbiçiləri guya ki, orada əllərindən gələni edirlər."
Comment